Suyun dadını bəyənmədi, "Coca-Cola" içdi - 42 yaşlı qadının başına bunlar gəldi
Ömrü boyu su içməkdən imtina edən və əsasən "Coca-Cola" qəbul edən 42 yaşlı qadının səhhətində ciddi problemlər yaranıb.
Redaktor.az xəbər verir ki, qadının qızı bu barədə "Reddit" platformasında paylaşım edib.
Qızının sözlərinə görə, anası suyun dadını bəyənmədiyi üçün gündə bir neçə şüşə və ya banka qazlı içki içir. Onun sözlərinə görə, qadının 30 yaşlarının əvvəllərində dişləri ciddi şəkildə çürüyüb və dişlərini mütəmadi olaraq fırçalamadığı üçün protez dişlərdən istifadə etməyə başlayıb.
Hazırda qadın tez-tez miqren və güclü susuzluqdan şikayətlənir. Son qan analizində isə xolesterol səviyyəsinin yüksək olduğu müəyyən edilib.
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında suyun şəkərli qazlı içkilərlə əvəz edilməsinin mümkün fəsadları ilə bağlı müzakirələrə səbəb olub.
İstifadəçilərdən biri ailəsində də oxşar vəziyyətin olduğunu və ailə toplantılarında digər qazlı içkilər nəzərə alınmadan təxminən 15 litr kola içildiyini bildirib. Onun sözlərinə görə, hazırda qohumlarının əksəriyyətində diabet və ya şəkərlə əlaqəli digər sağlamlıq problemləri var.
Bir çox istifadəçi qadına heç olmasa süzülmüş və ya dadlandırılmış su içməyi tövsiyə edib.
Aytəkin TOFİQQIZI













