Pakistandan Əfqanıstana hava hücumu: 9 ölü

 09:35 01.10.2026     70

Pakistanın Əfqanıstanın şərq və cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 9 nəfər həlak olub.

Redaktor.az xəbər verir ki, bu barədə Əfqanıstanın ali liderinin mətbuat katibi Zəbihullah Mücahid “X” sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, zərbələr Kunar vilayətinin Çuqam və Hilmənd vilayətinin Safar bölgəsində yerləşən yaşayış evlərinə endirilib. Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla, mülki şəxslər həyatını itirib. Daha 11 nəfərin yaralandığı bildirilir.

Mücahid Pakistanın həyata keçirdiyi hava zərbələrini təcavüz aktı və qəbul edilmiş prinsiplərin pozulması adlandırıb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən