"İran dostumuzdur, amma ona görə riskə getməyəcəyik" - Paşinyan

 14:04 01.10.2026     60

“Ermənistan İranla dostluq münasibətlərini qorumaq niyyətindədir, amma ölkənin özünün sanksiyalara məruz qalma riski yaradacaq həddi aşmayacaq”.

Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İrana qarşı yeni sanksiyalar paketini araşdırırıq. Bütün tərəfdaşlarımızla münasibətlərdə çox şəffafıq. Xüsusilə dost ölkələrlə münasibətlərin bu şəkildə qalmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik. Amma keçə bilməyəcəyimiz bir sərhəd var - Ermənistanın özünün sanksiyalara məruz qalma riski”, - o bildirib.

Paşinyanın sözlərinə görə, belə bir risk yaranarsa, İrəvan müvafiq qərar qəbul etməli olacaq.

ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər ABŞ dolları sistemindən uzaqlaşdırılmaq təhlükəsi ilə üzləşəcəklər. Bu fonda bir sıra ölkələr hava limanlarını İran aviaşirkətləri üçün bağlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən