Türkiyədə Soma mədənində çökmə: 2 nəfər xilas edildi
Türkiyənin Manisa şəhərində mədən çöküb.
Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Soma bölgəsində yerləşən mədəndə qeydə alınıb.
Çökmə zamanı mədəndə 7 işçinin olduğu, onlardan ikisinin xilas edildiyi bildirilir.
Digər mədənçilərin axtarışları davam etdirilir.













