Rusiya səfiri Moldova XİN-ə çağırıldı

 19:20 01.10.2026     68

Sentyabrın 30-da üç pilotsuz uçuş aparatının Moldovanın hava məkanını pozması ilə bağlı Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi məlumat yayıb.

Moldova XİN hava məkanının pozulmasını pisləyib və bu cür halların ölkə vətəndaşlarının təhlükəsizliyinə birbaşa təhdid yaratdığını bildirib.

Nazirlik Rusiya Federasiyasını Ukraynaya hücumları və Moldovanı təhlükəyə atan hərəkətləri dərhal dayandırmağa çağırıb.

Vumart və Güvən reklamı Vumart Güvən