Rusiya Kiyevdəki Nüvə Tədqiqatları İnstitutunu VURDU

 18:19 01.10.2026     61

Ruslar Nüvə Tədqiqatları İnstitutunun ərazisinə pilotsuz təyyarə ilə hücum ediblər. 

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu məlumat yayıb. 

Qeyd olunur ki, Rusiyaya məxsus PUA Kiyev Tədqiqat Reaktorunun (VVR-M) yerləşdiyi Nüvə Tədqiqatları İnstitutunun ərazisinə zərbə endirib. Hücum nəticəsində yaranan yanğın tez bir zamanda söndürülüb.

Reaktorun və təhlükəsizlik üçün vacib olan sistemlərin zədələnmədiyi vurğulanır. Radiasiya fonunda heç bir dəyişiklik qeydə alınmayıb, onun göstəriciləri təbii fon hüdudlarındadır (0,16-0,20 μSv/saat) və dəyişməyib.

Bundan əlavə, riskləri azaltmaq üçün reaktor 2022-ci ilin fevral ayından bəri tam nüvə boşalması ilə söndürülmüş vəziyyətdədir. Onun fəaliyyəti təhlükəsizlik baxımından vacib sistemlərin müntəzəm texniki xidməti ilə məhdudlaşır.

Vumart və Güvən reklamı Vumart Güvən