İran ABŞ-nin mümkün hücumuna daha genişmiqyaslı cavab hazırlayır
İran ABŞ-nin genişmiqyaslı hərbi hücumları bərpa edəcəyi təqdirdə, daha genişmiqyaslı cavab hazırlamağa davam edir.
Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Tehran danışıqlar yolu ilə eskalasiyadan yayınmağa çalışsa da, danışıqların və sülh sazişinin əldə olunacağına inam azdır.
Məlumata görə, İran rəhbərliyi hesab edir ki, ABŞ-nin hər hansı yeni hərbi kampaniyası əvvəlkindən daha güclü cavabla qarşılanmalıdır.
"Reuters"ə danışan üç yüksəkvəzifəli iranlı məmurun və müzakirələrdən xəbərdar olan bir şəxsin sözlərinə görə, yüksək rütbəli komandirlər mümkün hədəflərin dairəsinin genişləndirilməsi ilə bağlı planları nəzərdən keçirirlər.
Bildirilir ki, bu hədəflər yalnız ABŞ ilə əlaqəli obyektlərlə məhdudlaşmaya, ABŞ-ın hərbi əməliyyatlarını dəstəkləyən ölkələrdəki obyektləri və mümkün olaraq Yaxın Şərqdən kənarda yerləşən məkanları da əhatə edə bilər.













