Lukaşenko 297 nəfərə vətəndaşlıq verdi - Azərbaycanlılar da var

 20:52 01.10.2026     118

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan vətəndaşları da daxil olmaqla, 297 nəfərə Belarus vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yeni vətəndaşlar Belarusa 28 ölkədən gəliblər. Bunlara Azərbaycan, Ermənistan, Vyetnam, Qazaxıstan, Latviya, Litva, Moldova, Tacikistan, Özbəkistan və Ukrayna daxildir. Siyahıda 20 yetkinlik yaşına çatmayan şəxs də var.

Yeni Belarus vətəndaşları kənd təsərrüfatı, ticarət, xidmət, səhiyyə və təhsil daxil olmaqla müxtəlif sahələrdə çalışırlar.

Eyni zamanda, Lukaşenko inzibati və ya cinayət törətmiş bir sıra əcnəbilərin vətəndaşlıq müraciətlərini rədd edib.

Vumart və Güvən reklamı Vumart Güvən