İran xalqı mətanəti və cəsarəti ilə bütün dünyanı heyran edib - Putin

 22:34 01.10.2026     91

Rusiya Prezidenti Vladimir Putin İran xalqının dözümlülüyü və cəsarəti ilə bütün dünyanı heyran etdiyini bildirib.

Redaktor.az xəbər verir ki, Putin bu barədə “Valday” klubunun plenar sessiyasında çıxışı zamanı deyib.

“Əlbəttə, bütün dünya baş verənləri diqqətlə izləyir və İran xalqının cəsarətinə, qəhrəmanlığına, dözümlülüyünə, eləcə də yüksək səviyyəli böyük ‘ehtiyat qüvvələrinə’ heyran qalır”, - deyə Rusiya lideri bildirib.

Putin xüsusilə qeyd edib ki, İran rəhbərliyinin bütün səviyyələrində – dövlət idarəçiliyində, orduda və İslam İnqilabı Keşikçiləri Korpusunda xalqı naminə özünü qurban verməyə hazır çox sayda insan var.

Rusiya lideri həmçinin İranın zənginləşdirilmiş uranının ölkədən çıxarılmasını təmin etməyə hazır olduqlarını təsdiqləyib. Onun sözlərinə görə, əgər Yaxın Şərqdəki münaqişənin tərəfləri bu addımın regionda vəziyyətin sabitləşməsinə töhfə verəcəyinə dair razılığa gəlsələr, Moskvanın bu təklifi qüvvədə qalır.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən