"Rusiya xaricdən silah almır"

 22:47 01.10.2026     62

Rusiya xaricdən silah almır və yalnız öz müdafiə-sənaye kompleksinin imkanlarına güvənir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunun plenar sessiyasında çıxışı zamanı deyib.

“Silah tədarükü baxımından münaqişə zonalarına silah göndərilməsində yaxşı heç nə yoxdur. Bütün ölkələr bundan uzaqlaşmağa çalışır. Münaqişə zonalarına silah tədarük etmək qəbuledilməz hesab olunur. Biz heç bir yerdən silah almırıq, yalnız öz müdafiə-sənaye kompleksimizə və iqtisadi imkanlarımıza güvənirik”, - deyə Rusiya lideri bildirib.

Putin həmçinin Avropa qoşunlarının Ukraynaya yerləşdirilməsinin Rusiya ilə müharibə anlamına gələcəyini bildirib. Onun sözlərinə görə, Avropa ölkələrinin elitaları əhalini Rusiyanın mövcud olmayan təhlükəsi ilə qorxudur.

Rusiya Prezidenti Moskvanın Avropa ilə münaqişəyə girmək üçün heç bir əsasının olmadığını da vurğulayıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən