Tramp Tennessidəki uğursuz edamı "maraqlı" ADLANDIRDI

 09:47 02.10.2026     97

ABŞ Prezidenti Donald Tramp Tennessi ştatında baş verən uğursuz edam hadisəsini "maraqlı" adlandıraraq məsələyə münasibət bildirib.

Redaktor.az xəbər verir ki, "RIA Novosti"nin yaydığı məlumatda Tramp prosedur zamanı ölümcül inyeksiya dərmanının təsir etməməsinə toxunaraq, "Bu, maraqlı bir vəziyyət idi", - deyə qeyd edib.

Prezident hökmün gələcəkdə həqiqətən icra edilib-edilməyəcəyini dəqiqləşdirməyib və yerli hakimiyyət orqanlarına məsələyə aydınlıq gətirməyi tövsiyə edib. O, edam prosesinin başladığını, lakin dərmanın tam təsir göstərmədiyini bildirərək, bu prosedur elə də mürəkkəb olmamalıdır deyə əlavə edib.

“The New York Times” qəzetinin məlumatına görə, Tennessi ştatında edam olunmalı olan məhbus Krista Payk iki dəfə pentobarbital inyeksiyası vurulmasına baxmayaraq sağ qalıb. Prosedurdan sonra "ucadan xoruldayan" məhbus dərhal xəstəxanaya aparılıb. Məhbusun sonrakı taleyi hələ də məlum deyil, çünki həbsxana protokolunda edamdan sağ çıxan şəxslərlə bağlı hər hansı əlavə addım nəzərdə tutulmayıb.

Qeyd edək ki, Payk 1995-ci ildə 19 yaşlı Kollin Slemmerin qətlində təqsirli bilinib. Edam reallaşacağı təqdirdə, o, son 200 ildən çox müddətdə Tennessi ştatında edam edilən ilk qadın olacaqdı.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən