Aİ ölkələri Merzin mümkün istefasına HAZIRLAŞIR

 11:30 02.10.2026     88

Aİ ölkələri Almaniya kansleri Fridrix Merzin mümkün istefası ilə bağlı hazırlıqlara başlayıb.

Redaktor.az “Politico”ya istinadən xəbər verir ki, Aİ tərəfdaşları Merzin istefası halında yarana biləcək vəziyyətlə bağlı fövqəladə hallar planı hazırlamağa başlayıblar.

Nəşr yazır ki, Aİ ölkələri qarşıdakı mühüm aylarda Almaniya kanslerinin mümkün istefasına və ya daxili siyasi proseslər səbəbindən diqqətinin yayındırılmasına hazırlıq görürlər.

“Politico”nun məlumatına görə, bir neçə seçki məğlubiyyətindən sonra Aİ artıq Merzin siyasi vəziyyətinin sabit olduğunu iddia edə bilmir.

Nəşrin mənbələri bildiriblər ki, iki Aİ ölkəsinin hökumətləri Merzin mümkün istefasının ittifaqın siyasi kursuna təsirini müzakirə etmək üçün artıq görüşlər keçirib.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən