“İranı məhv etməklə dünyada sülh yaratmaq olar” - Tramp
ABŞ Prezidenti Donald Tramp İranın məhv edilməsinin dünyada sülhün təmin olunmasına səbəb ola biləcəyini bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb. Jurnalist ABŞ prezidentindən sülh tərəfdarı olduğunu bildirən bir lider kimi bütöv bir xalqın məhv edilməsinə çağırış etməsini necə izah etdiyini soruşub.
Tramp suala belə cavab verib: “Çünki İranı məhv etməklə dünyada sülh yaradacağıq. Mən İranla heç vaxt sülhün mümkün olacağını düşünmürəm.”
NURİYYƏ













