Rusiya Avropadakı sülh nizamına meydan oxuyur - Merz

 11:35 02.10.2026     103

Almaniya kansleri Fridrix Merz Rusiyanın Avropadakı sülh nizamına meydan oxuduğunu bildirib.

Redaktor.az "N-TV"yə istinadən xəbər verir ki, Merz bu barədə Münsterdə keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Kansler bildirib ki, Rusiyanın siyasəti Avropadakı mövcud sülh nizamı üçün ciddi problemlər yaradır.

"Bu gün qitə sülh nizamımız Rusiyadan qaynaqlanan qəddar revizionizm tərəfindən çətinliklərlə üzləşir", - deyə Merz bildirib.

Onun sözlərinə görə, Ukraynadakı münaqişə fonunda Avropanın təhlükəsizliyi təhlükə altındadır. Merz bu səbəbdən diplomatik həllə hazır olmağın vacibliyini vurğulayıb.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən