282 kiloqramlıq nəhəng balıq tutuldu - 500 porsiya yemək hazırlamaq olar

 11:48 02.10.2026     70

Böyük Britaniya sahillərində çəkisi 282 kiloqram olan mavi üzgəcli tuna balığı tutulub.

Redaktor.az “Daily Mail”ə istinadən xəbər verir ki, balığın uzunluğu 2,7 metr olub və standart tilovla tutulub.

Məlumata görə, nəhəng tuna Brixam balıq bazarı üçün rekord nəticə hesab olunur. Bundan əvvəlki rekord balıq 73 kiloqram daha yüngül olub.

Tutulan balıq hərracda Michelin ulduzlu restoranlar və digər iaşə müəssisələrini balıqla təmin edən “Flying Fish Seafoods” şirkətinə satılıb. Balığın satış qiyməti açıqlanmayıb.

Mütəxəssislərin hesablamalarına görə, tutulan nəhəng tunadan təxminən 500 porsiya əsas yemək hazırlamaq mümkündür. Restoranlarda bir porsiyanın qiyməti adətən 25-40 funt sterlinq arasında dəyişir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən