Ukrayna Rusiyanın ən böyük neft mərkəzinə zərbə ENDİRDİ

 14:40 02.10.2026     90

Oktyabrın 2-si gecəsi Ukrayna PUA-ları Samara və Volqoqrad vilayətlərinə, eləcə də Rusiyanın bir sıra digər regionlarına kütləvi hücum həyata keçirib.

Redaktor.az xəbər verir ki, hücumlar fonunda Samara vilayətində raket təhlükəsi elan edilib, ictimai nəqliyyatın hərəkəti dayandırılıb və sakinlərə sığınacaq qovşaqlarına üz tutmaq tapşırılıb.

Bir neçə saat davam edən həyəcan siqnalının başa çatdığını Moskva vaxtı ilə saat 08:30-da bölgə rəhbəri Vyaçeslav Fedorişev elan etsə də, dəymiş zərər barədə rəsmi açıqlama verməyib.

Sosial şəbəkələrdə yerli sakinlərin yaydığı məlumatlara və "Astra" kanalının şahid görüntülərinə əsasən, Samara yaxınlığındakı əsas hədəf "Transneft" şirkətinə məxsus Samara Xətti İstehsal və Dispetçer Stansiyası (GADC) olub. 216 hektardan çox ərazini əhatə edən və 1,6 milyon kubmetr həcmində 71 su anbarına malik bu obyekt Rusiyanın en böyük neft nəqli və paylama mərkəzidir. Burada Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan gələn dörd əsas neft kəməri birləşir.

Eyni zamanda Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov regionun sənaye infrastrukturuna PUA hücumunun olduğunu bildirib. Məlumata görə, hücum nəticəsində Volqoqrad Neft Emalı Zavodu (NOR) və "Kaustik" kimya zavodunun yaxınlığında güclü yanğın baş verib. Yılda 14,8 milyon ton neft emal etmək gücünə malik NOR ülkenin ən böyük 10 müəssisəsindən biridir. "Kaustik" zavodu isə Rusiyanın hərbi-sənaye kompleksini kimyəvi məhsullarla təmin edir.

Rusiya Müdafiə Nazirliyinin xülasəsində isə gecə ərzində HHM qüvvələri tərəfindən 646 Ukrayna dronunun zərərsizləşdirildiyi iddia olunub. PUA-ların Samara, Volqoqrad, Tula, Kaluqa, Rostov, Saratov, Həştərxan daxil olmaqla 13 regionda, eləcə də Krım, Qara və Azov dənizləri üzərində vurulduğu bildirilib.

Aminə ŞAHSUVARQIZI

Vumart və Güvən reklamı Vumart Güvən