"İkinci pilot radikal dini ideologiyanın təsiri altında olub" - Netanyahu

 14:47 02.10.2026     83

İsrailin Baş naziri Binyamin Netanyahu “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsində baş vermiş insidentlə bağlı yeni bəyanatla çıxış edib. O, uçuş zamanı gəmi kapitanına hücum edərək onu yaralayan ikinci pilotun radikal dini ideologiyanın təsiri altında olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, “Fox News” telekanalının məlumatına görə, İsrail hökumətinin rəhbəri bu fikirləri müvafiq kəşfiyyat və şəxsi məlumatların təhlilinə əsasən səsləndirdiyini qeyd edib.

Netanyahu ikinci pilotun intihara meyilli olduğunu və təyyarəni qəsdən qəzaya uğratmaq niyyəti güddüyünü iddia edib.

Xatırladaq ki, hadisə sentyabrın 30-da göyərtəsində 180 sərnişinin olduğu “Flydubai” təyyarəsində baş verib. İkinci pilotun kapitanı yaralayaraq hava gəmisini kəskin şəkildə yerə tərəf yönəltdiyi, faciənin qarşısının isə göyərtədə olan Yaniv adlı İsrail vətəndaşının müdaxiləsi sayəsində alındığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən