Saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistanda daha bir TƏLƏB
Ermənistan İstintaq Komitəsində başladılan cinayət işi çərçivəsində Azərbaycan vətəndaşı Nəsimi Rəhim oğlu Musayev barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə vəsatət təqdim edilib.
Redaktor.az bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb.
Xatırladaq ki, Azərbaycanlı hərbçi naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.













