Macarıstandan Ukraynaya silah tədarükü ilə bağlı AÇIQLAMA
Macarıstan Ukraynaya qoşun və silah göndərməyi planlaşdırmır.
Redaktor.az xəbər verir ki, bunu Macarıstan xarici işlər nazirinin müavini Dyördy Velkey **“Bloomberg”**ə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Budapeşt Kiyevə dəstəyini enerji resursları və humanitar yardımla məhdudlaşdıracaq.
“Nə əsgər, nə də silah. Bu qərar Macarıstanın maraqlarına – ölkədə sülhün təmin olunmasına cavab verir. Bu, bizim üçün son dərəcə vacibdir”, – Velkey deyib.
Məlumata görə, Macarıstanın Baş naziri Peter Magyar da bildirib ki, hazırkı hökumətin dövründə ölkədə Ukrayna bazarı üçün neft məhsulları anbarı yaradılmayacaq.
NURİYYƏ













