Altı ölkə Məkkə İttifaqına qoşulmaq istəyir
Altı ölkə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan tərəfindən qurulan Məkkə Müdafiə İttifaqına qoşulmaq istəyir.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistan xarici işlər naziri Məhəmməd İshaq Dar məlumat verib.
“Altıdan çox ölkə Məkkə Müdafiə İttifaqına qoşulmaqda maraqlı olsa da, müvafiq saziş tam qüvvəyə minənə qədər yeni müraciətlərə baxılmayacaq”, - nazir vurğulayıb.
İshaq Dar əlavə edib ki, sazişin tam qüvvəyə minməsi bir ilə qədər vaxt apara bilər.













