Meşədə göbələk yığan kişiyə pələng hücum ETDİ

 17:50 02.10.2026     109

Nepalda göbələk yığmaq üçün meşəyə gedən 40 yaşlı kişi pələng hücumu nəticəsində ölüb.

Redaktor.az “Ratopati”yə istinadən xəbər verir ki, Krişna Çaudhari göbələk toplamaq üçün meşəyə gedib. Bu zaman ona pələng hücum edib.

Polisin məlumatına görə, pələng Çaudhariyə hücum edərək onu öldürüb. Onun meyiti daha sonra aşkarlanıb.

“Nepal News”un məlumatına görə, hadisə zamanı Çaudharinin yanında daha iki nəfər də olub. Onlar hücum nəticəsində xəsarət almayıblar.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən