G7 ölkələri yanacaq bazarı ilə bağlı mühüm razılığa GƏLDİLƏR
"Böyük Yeddilik" (G7) ölkələri dörd ay ərzində strateji ehtiyatlarından 100 milyon barelə qədər yanacağı bazara çıxarmaq barədə razılığa gəliblər.
Redaktor.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Ehtiyatların bazara çıxarılması Beynəlxalq Enerji Agentliyinin (BEA) koordinasiyası ilə həyata keçiriləcək.
Makronun sözlərinə görə, bu qərar dizel yanacağı bazarında vəziyyəti sabitləşdirmək məqsədilə qəbul edilib. G7 liderlərinin konfransının yekunlarına dair bəyanatda bildirilir ki, ehtiyatların əhəmiyyətli hissəsi qrupa daxil olan ölkələr və onların tərəfdaşları tərəfindən 20 gün ərzində bazara çıxarılacaq.
Bundan əlavə, ölkələr enerji daşıyıcılarının ticarətinə məhdudiyyətlər tətbiq etməmək barədə də razılığa gəliblər.
G7 nümayəndələri yaxın günlərdə əlavə dizel yanacağının bazara çıxarılması imkanlarını müzakirə etmək üçün yenidən görüşəcəklər.













