G7 Rusiyaya qarşı enerji sanksiyalarını SAXLAYACAQ

 21:48 02.10.2026     130

“Böyük yeddilik” (G7) ölkələri Rusiyanın enerji sektoruna qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlamaq niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə G7 liderlərinin görüşün yekunlarına dair birgə bəyanatında bildirilib.

“Biz Rusiyaya qarşı sanksiyaları dəstəkləməyə davam edəcəyik”, - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, ötən ilin dekabrında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov G7-ni “köhnəlmiş və tənəzzül edən format” adlandırıb.

2025-ci il martın 18-də isə Rusiya Prezidenti Vladimir Putin G7-nin niyə “Böyük yeddilik” adlandırıldığını sorğulayıb və təşkilatın xəritədə görünmədiyini bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən