ABŞ hərbi təyyarəsi Kanada üzərində həyəcan siqnalı VERDİ

 22:36 02.10.2026     87

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed C-130H Hercules” hərbi-nəqliyyat təyyarəsi Kanada üzərində uçuş zamanı həyəcan siqnalı verib.

Redaktor.az xəbər verir ki, bu barədə təyyarənin uçuşunu izləyən məlumatlara istinadən RİA Novosti məlumat yayıb.

Təyyarə yerli vaxtla saat 09:06-da (Moskva vaxtı ilə 12:06) Reykyavikdəki Keflavik hava limanından havaya qalxıb və Atlantik okeanı üzərindən Şimali Amerika istiqamətində hərəkət edib. Təyyarə artıq Kanada hava məkanında olarkən fövqəladə vəziyyət siqnalı göndərib.

Siqnalın verildiyi vaxt C-130H təxminən 2,8 min metr yüksəklikdə olub və saatda 420 kilometr sürətlə hərəkət edib. Bundan əvvəl təyyarə 7 min metrdən çox hündürlükdən kəskin şəkildə aşağı enib.

Qeyd edək ki, daha əvvəl “Mesa Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin göyərtəsində 72 nəfər olduğu halda uçuş zamanı ön şüşəsinin sındığı barədə məlumat yayılıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən