Tramp bəzi cinayətkarlar üçün ölüm hökmünün tətbiqinə nail olacağını vəd ETDİ

 09:11 03.10.2026     122

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresdə aralıq seçkilərində qalib gələcəyi təqdirdə ölkədə iri narkotik alverçiləri üçün ölüm hökmünün tətbiq ediləcəyini vəd edib.

Redaktor.az xəbər verir ki, Tramp bu barədə Alabama ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb. 

“İri narkotik alverçiləri, insan alverçiləri və polis əməkdaşını öldürən hər kəs üçün ölüm cəzası tətbiq edəcəyik”, - Tramp deyib.

Vumart və Güvən reklamı Vumart Güvən