Moskvadan Kiyevlə bağlı təcili çağırış: Kütləvi cavab zərbələri davam edəcək
Rusiya Xarici İşlər Nazirliyi xarici vətəndaşların və diplomatların Kiyevi tərk etməsi ilə bağlı xəbərdarlıq edib.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələri kütləvi cavab zərbələri endirməyə davam edəcək. Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın əməkdaşları da daxil olmaqla, xarici vətəndaşlara Ukraynada qalmamaq və ya onun ərazisinə səyahət etməmək barədə xəbərdarlıq edir", - deyə Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.













