ABŞ-də altı nəfərin olduğu təyyarə ilə əlaqə İTİB
ABŞ-nin Boston şəhərinə uçan və göyərtəsində altı nəfərin olduğu təyyarə ilə əlaqə kəsilib.
Redaktor.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin açıqlamasına əsasən, Federal Aviasiya Administrasiyası (FAA) “Gulfstream G100” tipli təyyarə ilə əlaqənin kəsildiyini bildirib.
Massaçusets ştatının Nantaket adası sahillərində təyyarədəkilər üçün hava və dəniz vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
Sözügedən təyyarə Bermud adalarındakı L.F. Ueyd (L.F. Wade) Beynəlxalq Hava Limanından Boston şəhərindəki Loqan (Logan) Beynəlxalq Hava Limanına uçurdu.













