Mertsin Kiyevə səfəri zamanı Rusiya hücumları intensivləşdirib - YENİLƏNİB
Almaniya kansleri Fridrix Merts Rusiyanın Ukraynanın paytaxtına hücumlarını intensivləşdirdiyi bir vaxtda Kiyevə səfər edib.
Redaktor.az "Sky News"a istinadən xəbər verir ki, Rusiya qüvvələri son günlər Kiyevin mühüm infrastruktur obyektlərini, o cümlədən Dnepr çayı üzərindəki körpüləri hədəfə alıb. Şimal körpüsünə endirilən son zərbə nəticəsində yol örtüyü və elektrik xətləri zədələnib, nəqliyyatın hərəkəti dayandırılıb.
***
Bu gün səhər saatlarında Almaniya Kansleri Fridrix Merts Kiyevə gözlənilmədən səfər edib. Onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Redaktor.az xəbər verir ki, Merts jurnalistlərə açıqlamasında səfərinin məqsədinin Almaniyanın Ukraynaya dəstəyi olduğunu bildirib.
"Mən bu gün Kiyevə gəldim, çünki
Ukraynanın yaxın həftələrdə bizim dəstəyimizə ehtiyacı var. Rusiya dayandırılmasa, onun müharibə maşını gec-tez bizə qarşı çıxacaq”, - deyə Merts dəmir yolu stansiyasında deyib.
O, həmçinin qeyd edib ki, ukraynalılar tezliklə müharibənin beşinci qışına qədəm qoyacaqlar. Rusiya xüsusilə şəhərləri, yaşayış binalarını və istilik elektrik stansiyalarını bombalamağa davam edir. Kansler, həmçinin ukraynalıları sındırmağın mümkün olmadığını vurğulayıb.
Bundan əlavə, alman rəsmisi Zelenskiyə davamlı dəstək göstərəcəyinə söz verib.













