“İran nüvə silahı planlarından tamamilə imtina edib”

 12:17 04.10.2026     65

“İran nüvə silahı planlarından, demək olar ki, tamamilə imtina edib”.

Redaktor.az xəbər verir ki, bu barədə Donald Tramp Ohayo ştatında keçiriləcək mitinqə getmək üçün Ağ Evdən ayrılarkən jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı zərbələrindən sonra yüksək səviyyədə qalan neft qiymətlərinin hazırda aşağı düşdüyünüqeyd edib.

“Neftin qiyməti düşür. Hazırda neftin qiyməti aşağıdır – hətta Bayden administrasiyası dövründəkindən də aşağı səviyyədədir; halbuki onlar İranın nüvə silahına sahib ola bilməməsi məsələsi ilə bağlı heç bir tədbir görməmişdilər”, - Tramp deyib.

“Yeri gəlmişkən, bildiyiniz kimi, İran nüvə silahı ilə bağlı planlarından, demək olar ki, tamamilə imtina edib”, - o vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən