Qonşu ölkədə zəlzələ - YENİLƏNİB

 21:55 04.10.2026     447

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda bu gün sayca 4-cü dəfə zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.

Sonuncu zəlzələnin şiddəti 4,4 bal olub.

Adana valiliyinin məlumatına görə, dağıntı və tələfat qeydə alınmayıb.

***

Türkiyədə ard-arda 3 zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, sonuncu hadisə Türkiyənin Osmaniyə vilayətində baş verib. Orada 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

***

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7,99 km dərinliyində baş verib.

Vumart və Güvən reklamı Vumart Güvən