Canlı yayım zamanı avtomobil çəkiliş qrupuna çırpıldı - VİDEO
Meksikada canlı yayım zamanı avtomobil çəkiliş qrupuna çırpılıb.
Redaktor.az xəbər verir ki, jurnalist və operator Monterreydə şiddətli yağışların nəticələrini reportaj edərkən, avtomobil yaş yolda sürüşərək birbaşa onlara çırpılıb.
Onların hər ikisi xəstəxanaya yerləşdirilib. Müxbir və operator yüngül xəsarətlərlə xilas olublar.













