Tramp şahzadə Dianaya evlilik təklifi edibmiş
ABŞ-nin indiki Prezidenti Donald Tramp illər öncə şahzadə Dianaya evlilik təklifi edibmiş.
Redaktor.az xəbər verir ki, belə bir iddia ilə Diananın qardaşı Çalrz Spenser xatirə kitabında çıxış edib.
O, kitabında monarxiyanı, yerli zadəganları və hətta mərhum bacısını xoşagəlməz şəkildə təqdim edib.
Qardaşının sözlərinə görə, Diana idarəolunmaz qəzəb partlayışları ilə tanınırdı. O, kinli ögey anası Reyni pilləkənlərdən aşağı belə atıbmış. İddialara görə, Tramp boşanmış Dianaya gül buketləri göndərib, onunla nişanlanmağı xəyal edirmiş. Diana özü də ABŞ-nin birinci xanımı olmağa meyilli imiş. O hətta qardaşına "Sizcə, mən Amerikanın birinci xanımı roluna uyğun olaram?" deyib.













