Bolsonaro və Lula da Silva prezident seçkilərinin ikinci turuna çıxıb
Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro və hazırkı prezident Luiz İnasio Lula da Silva Braziliyada prezident seçkilərinin ikinci turuna çıxıblar.
Redaktor.az xəbər verir ki, bu barədə səslərin 97,36 faizinin hesablanmasının nəticələrinə əsasən, Braziliya Ali Seçki Məhkəməsi məlumat verib.
Məhkəmənin məlumatına görə, seçkinin nəticələri artıq riyazi olaraq müəyyənləşib.
Flavio Bolsonaro 47,42 faiz (55 milyon 38 min 846 səs) toplayaraq birinci, Lula da Silva isə 44,70 faiz (51 milyon 886 min 308 səs) səslə ikinci yerdədir.
Namizədlərin heç biri səslərin 50 faizindən çoxunu qazana bilmədiyi üçün prezident seçkilərinin qalibi ikinci turda müəyyənləşəcək.
İkinci turun oktyabrın 25-də keçirilməsi planlaşdırılır.













