Mirzoyan İrandadır

 10:00 05.10.2026     60

Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Tehrana səfər edib.

Redaktor.az xəbər verir ki, nazir bu barədə “Facebook” səhifəsində paylaşım edib.

“Tehrana gəldim”, - deyə Mirzoyan yazıb və paylaşımına video əlavə edib.

Bundan əvvəl Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin mətbuat katibi Ani Badalyan Ararat Mirzoyanın oktyabrın 4-5-də İran İslam Respublikasına rəsmi səfər edəcəyini açıqlamışdı.

Səfər çərçivəsində oktyabrın 5-də Mirzoyanın iranlı həmkarı, İranın xarici işlər naziri Abbas Arakçi, eləcə də ölkənin yüksək vəzifəli rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə Ermənistan-İran ikitərəfli münasibətləri və qarşılıqlı maraq doğuran regional məsələlərin müzakirə ediləcəyi bildirilir.

Vumart və Güvən reklamı Vumart Güvən