Rusiyada təyyarə qəzası - 8 zabit həlak oldu
Amur vilayətinin Mazanovski rayonunda Tu-95MS təyyarəsi qəzaya uğrayıb.
Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə sentyabrın 29-da baş verib. Qəza nəticəsində səkkiz zabit həlak olub.
Qeyd olunur ki, təyyarədə həlak olan səkkiz nəfərin hamısı Rusiyanın strateji aviasiyası ilə əlaqəli olub. Bəzi zabitlərin Ukraynaya raket zərbələrinin təşkili və metodiki təminatında iştirak etdiyi bildirilir.













