Zelenskinin keçmiş mətbuat katibi Ukraynada siyasi böhrandan DANIŞDI

 14:31 05.10.2026     65

Ukraynada siyasi böhran davam edir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Onun sözlərinə görə, Ukraynada yaranmış vəziyyət bir çox hallarda Zelenskinin şəxsi rəhbərliyi ilə həyata keçirildiyi bildirilən siyasətin və davam edən müharibənin nəticəsidir.

Mendel qeyd edib ki, hazırda Ukraynada həm Rusiya ilə münaqişənin həlli, həm də hərbi əməliyyatların davam etdirilməsi ilə bağlı çağırışlar səslənir. O, döyüşlərin davam etdirilməsini müdafiə edən fikirləri müharibə şəraitinə təbii uyğunlaşma ilə əlaqələndirib.

Keçmiş mətbuat katibi bildirib ki, dövlət böhran vəziyyətində olduğu halda belə uyğunlaşma xalqın maraqları ilə ziddiyyət təşkil edirsə, qəbuledilməzdir.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən