Kremldən vəba xəstəliyi ilə bağlı yayılan xəbərlərə MÜNASİBƏT
Kremlin sözçüsü Dmitri Peskov İrkutsk vilayətində vəba xəstəliyi yayılması ilə bağlı şayiələrə cavab verib.
Redaktor.az xəbər verir ki, Peskov İrkutsk vilayətindəki vəziyyətlə bağlı insanları rəsmi açıqlamalara qulaq asmağa və digər mənbələrə etibar etməməyə çağırıb.
"Bu sahədə təcrübəsi olan aparıcı qurum "Rospotrebnadzor"dur. Və şayiələrə, fərziyyələrə və sairə qulaq asmadan, məhz "Rospotrebnadzor"un rəsmi açıqlamalarına etibar etmək lazımdır", - deyə Peskov qeyd edib.
Rusiya Prezidentin mətbuat katibi vurğulayıb ki, "Rospotrebnadzor" yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir.













