Güclü maqnit qasırğası başa ÇATDI

 14:00 05.10.2026     174

Qütb parıltılarının artmasına səbəb olan maqnit qasırğası başa çatıb.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin məlumatına görə, payız mövsümünün ikinci maqnit qasırğası oktyabrın 5-də Moskva vaxtı ilə səhər saat 08:00 radələrində başa çatıb. Qasırğanın gücü G1-dən G2-yə qədər, yəni zəifdən orta səviyyəyə qədər olub.

Mütəxəssislər bildiriblər ki, maqnit qasırğasına Günəşdə orta ölçülü tac dəliyinin təsiri səbəb olub. Qasırğanın son mərhələsində də geomaqnit aktivlik müşahidə edilib.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən