Regionda sülh üçün üçüncü tərəflər müdaxilə etməməlidir - Əraqçi
Regionda sülhün qorunması üçüncü tərəflərin müdaxilə etməməsindən asılıdır.
Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə bildirib.
Əraqçi Azərbaycan və Ermənistan arasında qarşılıqlı fəaliyyəti və münasibətləri müsbət qiymətləndirib. O, İranın çoxtərəfli danışıqları və əməkdaşlığı, o cümlədən “3+3” formatı çərçivəsində davam etdirməyə hazır olduğunu vurğulayıb.
İranın xarici işlər naziri Cənubi Qafqazda xarici qüvvələrin mövcudluğunun yaratdığı nəticə və problemlərin nəzərə alınmasının vacibliyini də qeyd edib.
Mirzoyan isə İran–Ermənistan münasibətlərinin strateji xarakter daşıdığını bildirib və İrəvanın bu əlaqələri dərinləşdirmək niyyətini ifadə edib.













