Avropa Parlamentində Gürcüstanla bağlı debat KEÇİRİLƏCƏK

 19:56 05.10.2026     71

Oktyabrın 7-də Avropa Parlamentində Gürcüstanla bağlı müzakirələr aparılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə qurumun saytında bildirilib.

Məlumata əsasən, debatın mövzusu “Hakim “Gürcü Arzusu” partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” olacaq.

Müzakirələrdən sonra oktyabrın 8-də məsələ ilə bağlı qətnamə üzrə səsvermə keçiriləcək.

Qeyd edək ki, son bir ildə Avropa Parlamentində Gürcüstanla bağlı bir neçə tənqidi qətnamə qəbul olunub. Gürcüstan hakimiyyəti qətnamələrin ölkə üçün heç bir dəyər kəsb etmədiyini bildirir.

Vumart və Güvən reklamı Vumart Güvən