Tramp benzinin bahalaşmasının səbəblərindən DANIŞDI
ABŞ Prezidenti Donald Tramp benzinin qiymətinin artmasının səbəblərindən birinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumları olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
“Benzinin qiymətləri artıq Hörmüz boğazındakı vəziyyətə görə artmır. Çünki neft demək olar ki, hər gün rekord həcmdə bazara daxil olur. Qiymət artımına neft emalı zavodlarındakı vəziyyət səbəb olur: Rusiya neft emalı zavodlarını Ukrayna partladır”, - deyə Tramp qeyd edib.
Ağ Ev rəhbəri əlavə edib ki, ABŞ-dakı neft emalı zavodları Kaliforniya kimi “mavi”, yəni Demokratların idarə etdiyi ştatlarda “demokratlar” tərəfindən bağlanır.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin nizamlanması istiqamətində göstərdiyi səylərə görə Trampa təşəkkür edib. Putin ABŞ Prezidentinin bunu səmimi şəkildə etdiyinə əmin olduğunu bildirib.
Xədicə BAXIŞLI













