Kolumbiyada 6 metrlik nəhəng balıq sahilə ÇIXDI - VİDEO

 22:42 05.10.2026     147

Kolumbiyada Nabuqa çimərliyində dünyanın ən böyük balığı hesab olunan təxminən 6 metrlik balina köpəkbalığı sahilə çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Need To Know” məlumat yayıb.

Yerli sakinlər sahilə çıxan balığa kömək etməyə çalışıblar. Onlar balinanı dəniz suyu ilə isladıb və motorlu qayıqların köməyi ilə onu yenidən dərinliyə aparmağa cəhd göstəriblər. Lakin səylər nəticə verməyib.

Hadisə yerinə mütəxəssislər çatanda balinanı xilas etmək artıq mümkün olmayıb. Onun qalıqları ərazidən götürülüb.

Yerli ekoloji qurum hadisəni qeyri-adi hal kimi qiymətləndirib. Bildirilib ki, balina köpəkbalıqları payız aylarında adətən bu ərazidə olmur. Onun məhz bu dövrdə dayazlığa çıxması anomal hal hesab edilir.

Mütəxəssislər heyvanın başına nə gəldiyini müəyyənləşdirmək üçün ondan nümunələr götürüblər.

Qeyd edək ki, balina köpəkbalığı planetin ən böyük balığıdır. Əsasən plankton və kiçik balıqlarla qidalanır. Yetkin fərdlərin uzunluğu 12-20 metrə, çəkisi isə təxminən 20 tona çata bilər. Bu növ nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən