Rumıniya Prezidenti baş nazir vəzifəsinə yeni namizəd irəli sürdü

 23:07 05.10.2026     72

Rumıniya Prezidenti Nikuşor Dan Xarici İşlər Nazirliyinin dövlət katibi Luka Nikuleskunu baş nazir vəzifəsinə namizəd göstərib.

Redaktor.az xəbər verir ki, Dan bu barədə parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə məsləhətləşmələrdən sonra açıqlama verib.

Prezident bildirib ki, Luka Nikuleskunun rəhbərlik edəcəyi hökumət Rumıniyanın “Qərbyönümlü istiqamətini qoruyacaq”, həmçinin maliyyə hədəflərinə və ölkənin üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcək.

Bu, Nikuşor Danın hökumət formalaşdırmaq üçün dördüncü baş nazir namizədi irəli sürməsidir. Əvvəlki iki namizəd parlamentin dəstəyini qazana bilməyib, digər namizəd isə səsvermədən əvvəl namizədliyini geri götürüb.

Luka Nikulesku hazırda Rumıniya Xarici İşlər Nazirliyində dövlət katibi vəzifəsində çalışır. O, daha əvvəl Rumıniyanın Fransadakı səfiri olub və ölkənin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzvlük prosesini koordinasiya edib.

Nikulesku namizədliyini qəbul etdiyini və ilk vəzifəsinin parlamentdə hökumətə dəstək verəcək çoxluq formalaşdırmaq olduğunu bildirib.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən