Tramp İranla birbaşa danışıqlara hazır olduğunu BİLDİRDİ

 23:47 05.10.2026     74

ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqlar aparmağa açıq olduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Tramp İranla birbaşa danışıqlara hazır olub-olmadığı barədə suala “Bəli, həmişə” cavabını verib.

Bundan əvvəl Tramp Vaşinqtonun İranın Hörmüz boğazının açılması ilə bağlı təklifini qəbul etmədiyini və bunu ABŞ üçün kifayət qədər sərfəli hesab etmədiyini bildirmişdi.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyunda Vaşinqton və Tehran arasında münaqişənin dayandırılmasına əsas yaratmalı olan aralıq razılaşma əldə edilib. Lakin sonradan qarşılıqlı zərbələr yenidən başlayıb.

Sentyabrda isə Tramp ABŞ və İran rəsmiləri arasında birbaşa təmasların olduğunu açıqlamışdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən