Tramp "Flydubai" təyyarəsi ilə bağlı insidentdə bu ölkəni məsuliyyətli hesab EDİR
ABŞ Prezidenti Donald Tramp "Flydubai" aviaşirkətinə məxsus təyyarə ilə bağlı insidentdə İranın məsuliyyət daşıdığını düşündüyünü bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Tramp İrandan insidentə görə məsuliyyət daşıyıb-daşımadığı barədə suala “Mən belə düşünürəm” cavabını verib.
Sentyabrın 30-da "Flydubai" təyyarəsi qaçırılma siqnalı verib və radarlardan itib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanına təcili eniş edib. İlkin məlumatlara görə, ikinci pilot aviasiya qəzası törətməyə cəhd göstərib. Lakin kapitan buna mane olub və hadisə zamanı ağır yaralanıb. Hücum edənin zərərsizləşdirilməsinə sərnişinlər də kömək edib.
İsrail hakimiyyəti hadisənin terror aktı ola biləcəyini istisna etmir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai isə "Flydubai" reysi ilə bağlı insidentin Tehranı və ya regionun digər ölkələrini ittiham etmək məqsədilə “bacarıqsız şəkildə planlaşdırıldığını” bildirib.
Xədicə BAXIŞLI













