Türkiyədə sərnişin təyyarəsində bomba HƏYƏCANI

 00:08 06.10.2026     68

Ankara–Şanlıurfa reysini yerinə yetirən “AJet” aviaşirkətinə məxsus təyyarədə partlayıcı maddənin olduğu barədə yazılı qeyd tapılıb.

Redaktor.az “Sözcü”yə istinadən xəbər verir ki, bu barədə Şanlıurfa valisi Hasan Şıldak məlumat verib.

Bildirilib ki, oktyabrın 5-də saat 19:00-da Ankaradan havaya qalxan 4180 saylı reys saat 20:05-də Şanlıurfa GAP Hava Limanına enib.

Təyyarədəki 136 sərnişin və 7 ekipaj üzvü təhlükəsiz şəkildə təxliyə edilib. Təhlükəsizlik əməkdaşlarının göyərtədə partlayıcı maddə axtarışı aparacağı açıqlanıb.

Vali təxliyə və yoxlama üçün bütün zəruri təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən