İlon Mask yenidən trilyonçu oldu
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın sərvəti yenidən 1 trilyon dolları ötüb.
Redaktor.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. ABŞ fond bazarının açılmasından sonra şirkətlərin səhmlərinin bahalaşması Maskın yenidən trilyonçu statusuna qayıtmasına səbəb olub.
Bu, cümə günü ticarətin bağlanışındakı göstəricidən 30,6 milyard dollar çoxdur. Həmin gün “SpaceX”in səhmləri 5 faizdən çox, “Tesla”nın səhmləri isə 1 faiz bahalaşıb.
Mask dünyanın ən varlı şəxsi olaraq qalır. “Amazon”un qurucusu Ceff Bezosun sərvəti isə təxminən 371,5 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, Mask ilk dəfə iyunun 12-də trilyonçu statusuna çatmışdı. Lakin iyulun 25-də onun sərvəti yenidən bu həddən aşağı düşmüşdü.













