Məşhur yazıçı 86 yaşında vəfat ETDİ

 09:14 06.10.2026     65

Britaniyalı yazıçı və siyasətçi Ceffri Arçer 86 yaşında vəfat edib.

Redaktor.az  xəbər verir ki, bu barədə “LBC” radiostansiyası “HarperCollins” nəşriyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, Arçer yeni romanı “Adəm və Həvva”nın nəşrindən bir gün əvvəl dünyasını dəyişib. Yazıçı əsəri Britaniyanın ən çətin dövrlərindən birində cəsarət, fədakarlıq və sevgidən bəhs edən epik roman kimi təqdim edirdi.

Ceffri Arçerin həyat yoldaşı Meri, 54 yaşlı oğlu Uilyam, 52 yaşlı oğlu Ceyms və beş nəvəsi qalıb.

Arçer 1969–1974-cü illərdə Britaniya parlamentinin üzvü olub. Maliyyə problemləri səbəbindən parlamentdən istefa verməli olub. 1992-ci ildə ona lord titulu verilib.

Yazıçı 2013-cü ildə prostat xərçənginə tutulub və daha sonra prostat vəzinin çıxarılması üçün əməliyyat keçirib.

Ceffri Arçer yaradıcılığı ərzində “Kain və Habil”, “Klifton xronikaları”, “Həbsxana gündəlikləri”, “Uilyam Uorvik” kimi əsərlərlə yanaşı, çoxsaylı hekayələr, pyeslər və romanlar yazıb. 2009-cu ildə ən yaxşı detektiv əsər nominasiyasında “Polar de Konyak” festivalının mükafatına layiq görülüb.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən