68 yaşlı qadın özündən 39 yaş kiçik kişi ilə EVLƏNDİ

 10:07 06.10.2026     93

68 yaşlı ABŞ sakini özündən 39 yaş kiçik kişi ilə evlənib.

Redaktor.az xəbər verir ki, Kim adlı qadın özündən 39 yaş kiçik Trevlə necə tanış olduğunu və evlilik hekayəsini “Love Don't Judge” YouTube kanalında danışıb.

Qadın 2018-ci ildə təsadüfən Trevə feysbuk vasitəsilə mesaj göndərib. O, mesajı qızına göndərdiyini düşünürmüş. Trev isə bu səhvi möcüzə hesab edib. Bundan sonra onlar hər gün videozənglə danışmağa başlayıblar və bir müddət sonra bir-birlərinə aşiq olublar.

Cütlük 2022-ci ildə ilk dəfə üz-üzə görüşüb. Kim Trevin vətəni Seneqala gedib. Trevin sözlərinə görə, Kimi ilk dəfə şəxsən gördükdə onu dünyanın ən gözəl qadını hesab edib.

Hazırda cütlük ABŞ-də birlikdə yaşayır. Trev burada anbarda işləyir, Kim isə təqaüd alır.

Qadının ailəsi isə onların münasibətinə ehtiyatla yanaşır. Onlar Trevin Kimin puluna və ABŞ-da yaşamaq imkanına görə onunla evləndiyini düşünürlər. Kim isə bu fikirlə razı deyil və ərinin belə bir niyyətinin olmadığını bildirir.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən