"Ermənistana neft-qaz kəmərinin çəkilməsi müzakirə olunur" - Paşinyan
“Ermənistana neft-qaz kəmərinin çəkilməsi imkanları müzakirə olunur”.
Redaktor.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Ermənistan-Birləşmiş Krallıq Biznes Forumunda çıxışında deyib.
Hökumət başçısı TRIPP layihəsinin həyata keçirilməsindən sonra investisiya cəlbediciliyinin artacağını və ölkədə çoxsektorlu investisiyaların qoyulacağını qeyd edib.
“Bütün kommunikasiyalara paralel olaraq, bu gün qaz-neft kəmərlərinin çəkilməsi imkanları artıq nəzərdən keçirilir və müzakirə olunur. Həmçinin elektrik ötürücü xətləri ilə bağlı konkret müzakirələr aparırıq. Rabitə kabelləri də müasir dünyada əsas əhəmiyyət kəsb edir”, - Paşinyan vurğulayıb.













